idman
"Mançester Siti" şəxsi rekordunu təkrarladı
İngiltərə Premyer Liqasının 8-ci turunda "Stoke City"ni qəbul edən "Mançester Siti" 7:2 hesablı qələbə qazanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" çempionat matçında 7 qol vuraraq şəxsi rekordunu təkrarlayıb. 2013/14 mövsümündə "Siti" evdə "Norviç Siti"ni 7 cavabsız qolla darmadağın etmişdi.
"Stoke Siti" ilə oyunun ən yaxşısı "manikunianlar"ın heyətində 100-cu matçına çıxan Kevin De Bruyne seçilib. 66 dəqiqə meydanda olan belçikalı yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, komanda ilk 8 turda 29 qol vurub. Bu statistikaya görə "Siti" 1894/95 mövsümündə 8 turdan sonra 30 qol vuran "Everton"dan geri qalıb.
XalqTV.com
RƏYLƏR