idman
"İdmançılarımızın uğuru Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq"
"IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğuru Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O, qeyd edib ki, yarışlarda əhalisinin sayı Azərbaycandan çox olan ölkələr təmsil edilirlər: "Ancaq Azərbaycan uğurlarına görə siyahıda öndədir. Bu amil, eləcə də IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın böyük idman ölkəsi olduğunu bir daha sübut edir".
MOK-un vitse-prezidenti qeyd edib ki, mayın 17-də Azərbaycan idmançıları 9 qızıl medal qazanmaqla ümumi qızıl medalların sayını 50-yə çatdırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR