idman

Yığmamız rekorda şərik oldu

  • 18 May 2017
  • 222 baxış

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının rekordunu təkrarlayıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, yığmamız buna quru seriyaya imza atmaqla nail olub.

Belə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında meydana çıxdığı 4-cü matçda da komandamızın qapısı toxunulmaz qalıb. Yarımfinalın Əlcəzairlə görüşündə 2:0 hesablı qələbəyə sevinən Yaşar Vahabzadənin yetirmələri qrup oyunlarındakı kimi qol buraxmayıb.
 
Öz qrupunda Kamerun və Mərakeşlə qolsuz heç-heçə edən, Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə yenən komandamız quru seriyasını artıq 4-ə çatdırıb. Oyunların tarixində yalnız 1 komanda belə seriyaya imza atıb. 2005-ci ildə keçirilən ilk yarışda İran millisi qrupun üç qarşılaşması və 1/4 finalı qol buraxmadan keçmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR