SAĞLAMLIQ

Nar yeyək və arıqlayaq

  • 15 Oct 2017
  • 364 baxış

Narın tərkibində çoxlu mineral və vitaminlərin, karbohidratıarın və az miqdar yağın olmasına görə faydalı sayılır. Bundan başqa narın tərkibində az miqdar zülal və kalori vardır. Bu meyvənin tərkibində bol vitamin və az kalori olduğuna görə bəzi dietoloqlar nar vasitəsilə arıqlamaq metodundan istifadə edirlər.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, nar dietası saxlayan zaman tək narın özündən və ya narla başqa meyvələrin qarışığından istifadə etmək mümkündür. Bu dieta zamanı çay, kofe, su və digər şirələrdən istifadə etmək mümkündür. Amma çox qida qəbulu yol verilməzdir. Bəzi dietoloqlar bu dietanı sərt bir dieta adlandırırlar. Ancaq nəzərə alsaq ki, narın tərkibində insanın gündəlik qidasındaki karbohidrat, vitamin, mineral balansını ödəyəcək maddələr var, bu dietaya sərt dieta adı vermək olmaz.
Nar dietası zamanı qida qəbulu azaldığına görə orqanizmin zəiflədiyi və immunitetin aşağı düşməsi barədə düşünmək çox yalnışdır. Çünki nar şirəsi vitamin balansını ödəməklə yanaşı, antioksidant xüsusiyyətinə görə orqanizmi müxtəlif infeksiya və xəstəliklərdən qoruyur. Bəs nar dietası zamanı nə yeməli?
Səhər yeməyi - yağsız pendir, soyutma yumurta, çay.
Günorta yeməyi - dərisi soyulmuş və suda bişmiş yağsız toyuq.
Axşam yeməyi - müxtəlif meyvələr, yatmazdan əvvəl kəsmik.
Nar şirəsi gün ərzində 7-8 dəfə hər dəfə 150-200ml qəbul edilir. Bu bir həftəlik qida rasionudur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO