idman
Bakıda bədii gimnastika üzrə START İK-nın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb - FO
Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun (İK) "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, yarışlarda müxtəlif yaş kateqoriyalarında 2003-2012-ci il təvəllüdlü, Bakı və Azərbaycanın digər bölgələrini təmsil edən gimnastlar iştirak edir.
Bakılı gimnastlar və bölgə gimnastları arasında qaliblər ayrı-ayrılıqda təltif olunacaq.
Komanda hesabında birinci yer tutmuş qruplar da kuboklarla mükafatlandırılacaq.
Yarışlarda ümumilikdə 130 gimnast və 17 qrup iştirak edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR