idman

Sumqayıt"la oyun öncəsi "Qəbələ"də problemlər

  • 14 Oct 2017
  • 267 baxış

Bu gün səfərdə "Sumqayıt"la keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı ərəfəsində "Qəbələ" klubu 3 mərkəz müdafiəçisinin xidmətindən məhrum olub.

XalqTV.com xəbər verir ki, klubdan report-a verilən məlumata görə, bunlar Vitali Vernidub, Voyislav StankoviçDeyv Bultuisdir.

Ukraynalı V.Vernidub son məşqlərdən birində zədələnib. Tibbi müayinə nəticəsində 29 yaşlı oyunçunun ayaq sümüyündə qırıq aşkarlanıb. O, yalnız 15 gündən sonra məşqlərə başlaya biləcək.

Serbiyalı V.Stankoviç ötən tur "Kəpəz"lə oyun zamanı xəsarət alıb və 34-cü dəqiqədə yerini D.Bultuisə verib. Lakin hollandiyalı müdafiəçi də "Neftçi" ilə yoxlama matçında arxa əzələlərində ağrılar hiss etdiyindən meydandan çıxmalı olub.

"Zirə" "Kəpəz"i, "Sumqayıt" "Qəbələ"ni qonaq edir

Bu oyunçularla yanaşı, İlqar Qurbanovla Filip Ozobiç də zədəlidir. Beləliklə, "Qəbələ" bugünkü görüşə 5 aparıcı futbolçu itkisi ilə çıxacaq. Mərkəz müdafiəçilərinin yoxluğunda baş məşqçi Roman Qriqorçukun bu mövqedə Rasim Ramaldanovla Ürfan Abbasova şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlanacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR