idman
Arda yenə kənarda qaldı
"Barselona"nın La Liqanın 8-ci turunda "Atletiko" ilə üçün heyəti açıqlanıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu mövsüm Kataloniya təmsilçisində heç bir rəsmi matçda oynamayan Arda Turan yenə heyətdə yer almayıb. Onun sol ayağında ağrı hiss etdiyi bildirilib.
"Barselona"nın "Atletiko" ilə oyun üçün iştirak ərizəsində aşağıda adları qeyd olunan futbolçular yer alıb: Ter Stegen, Silessen, Semedo, Pike, Rakitiç, Serxio, Denis, İnyesta, Suares, Messi, Maskerano, Paulinyo, Deulofeu, Jordi Alba, Din, Serxi Roberto, Andre Qomes, Umtiti
Qeyd edək ki, "Atletiko" - "Barselona" görüşü bu gün keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR