idman
"Messini qayda pozuntusu etmədən saxlamaq mümkün deyil"
"Atletiko"nun oyunçusu Felipe Luis Lionel Messi və Kriştiano Ronaldo barədə fikirlərini açıqlayıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi hər iki futbolçunun yüksək ustalıq səviyyəsindən danışıb:
"Onlar bir mövsüm hərəyə 50 qol vuranda insanlar müdafiəçiləri günahlandırırlar. Amma axı, başqaları o qədər qol vura bilmirlər. Müdafiəçilər də həminkidir. Başqaları üçün çətin olan onlar üçün asandır. Messi və Ronaldu tamam başqa səviyyəli futbolçulardır. Messini isə qayda pozuntusu etmədən saxlamaq mümkün deyil. Mən iyirmi təkbətək mübarizənin yalnız birində ondan topu ala bilərəm. Ona qarşı başqa vasitələr lazımdır".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR