"Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda dəyişiklik edilib
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Bu sərəncamla "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:
7. Hasilat sənayesində şəffaflığın artırılması | ||||
7.1. | Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi | Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat | İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya | 2017-2018 |
XalqTV.com