AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qalmaqallı qərarlar qəbul olundu.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əminə Nur Günay deyib.
O, sessiyada bir sıra qalmaqallı qərarların qəbul olunduğunu bildirib:
"Daha bir qalmaqallı qərar isə Azərbaycanla bağlı qəbul edildi. Bu, Türkiyə haqqında verilən qərara bənzər bir qərar idi".
Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında həqiqətə uyğun olmayan fikirlərin yer aldığı "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələr qəbul edilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində