İqtisadiyyat

Keçmiş nazir müavininə SOCAR-da yüksək vəzifə verildi

  • 13 Oct 2017
  • 317 baxış

Gürcüstanın energetika nazirinin keçmiş müavini Mariam Valişviliyə SOCAR-da yüksək vəzifə verilib. 

XalqTV.com APA-ya istinadən xəbər verir ki, M.Valişvili SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun müşaviri təyin olunub. M.Valişvili artıq vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, M.Valişvili 2008-ci ildən 2017-ci ilədək energetika nazirinin müavini vəzifəsində çalışıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR