"Qarabağ" qapıçı ilə yollarını ayırdı
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir futbolçunun xidmətinə ehtiyac duymayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Ağdam klubu qolkiperi Halit Oğuzhanla yollarını ayırıb. Bu barədə məlumatı türkiyəli əlcək sahibi öz şəxsi sosial şəbəkə hesabında verib:
"Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdır. Qılıncın hər zaman iti olsun, "Qarabağ". Oğuzhan daha çox klubun əvəzedici komandasında çıxış edirdi. "Qarabağ" daha öncə Boyan Şaranov və Vüqar Nadirovla da yolları ayırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində