idman
Prosineçki: "Mənə heç bir təklif gəlməyib"
Bosniya və Hersoqovina millisi əla oyunçulardan qurulmuş komandadır. Bu barədə ancaq bunu deyə bilərəm.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasınını çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Xorvatiyalı mütəxəssis Bosniya və Hersoqovinanın "Mondo.ba" nəşrinə açıqlamasında federasiyadan təklif almadığını bildirib:
"Bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib".
Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR