idman
Naser Əl-Xəlaifi korrupsiyada ittiham olunur
PSJ prezidenti Naser Əl-Xəlaifinin adı dünya çempionatının teleyayım hüquqlarına sahib çıxmaq üçün korrupsiyada hallanır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qətərli iş adamının "BeIN Media Group" kompaniyası tərəfindən 2018, 2022, 2026 və 2030 mundiallarının teleyayım hüququna qeyri-qanuni yollarla sahib çıxması ehtimal olunur. Artıq İsveçrə Federal Prokurorluğu ona qarşı iş açıb. Bu işdə FİFA-nın sabiq baş katibi Jerom Valkenin adı da hallanır. Valkenin özü ötən həftə dindirilib. Onun Fransa, Yunanıstan, İtaliya və İspaniyada yerləşən mülklərində isə axtarış aparılıb.
2016-cı ilin sentyabrında Valke istefaya göndərilmişdi.
XalqTV.com
RƏYLƏR