idman

"Barselona" Messiyə 89 milyon avro ödəməyə hazırdır

  • 13 Oct 2017
  • 241 baxış

"Barselona" Lionel Messini hər vasitə ilə komandada saxlamaq niyyətindədir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon klubu ona müqaviləni yeniləməsi müqabilində 89 milyon avro ödəməyə hazırdır. 30 yaşlı hücumçunun cari müqaviləsi 2018-ci ilin ayında başa çatacaq. Messi yeni müqaviləyə imza atsa, həftədə 557 min avro qazanmaq imkanı olacaq.

Güman olunur ki, bu cür maliyyə ehtiyaclarını qarşılamaq üçün "Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adını satmaq istəyir. Messi 2004-cü ildən bu katalonların şərəfini qoruyur. O, klubla bütün mümkün titullara sahib çıxıb. Qeyd edək ki, sentyabrda "Barselona"nın prezidenti Xosep Bartomeu ulduz futbolçu ilə yeni müqavilə imzalamaqda heç bir problemin olmadığını qeyd etmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR