İqtisadiyyat
Azərbaycanda bankın idarə heyətində DƏYİŞİKLİK
Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.
XalqTV.com xəbər verir ki, Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın "Uralsib", "PromServisBank", "Bank Aleksandrovski" və digər banklarında rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR