idman

Prosineçki: "Başqa iş tapsam da, ailəm Bakıda qalacaq"

  • 12 Oct 2017
  • 233 baxış

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR