idman
Natalyadan 20 dəqiq zərbə
Qadın voleybolçular arasında Rusiya Superliqasında start verilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, I turun ilk oyun günündə Azərbaycan millisinin üzvləri bir-birinə rəqib olublar.
Belə ki, Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan "Dinamo"su Kseniya Poznyakın formasını geyindiyi "Leninqradka"nı qəbul edib. Qarşılaşma 3:0 (25:15, 25:15, 25:16) hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Məmmədova 3 ildən sonra Rusiya çempionatına qayıdışını 20 xalla qeyd edib. O, matçın bombardiri adına da yiyələnib. Poznyak isə komandasına 4 xal qazandırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR