İqtisadiyyat
Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gəlib
Rumıniyanın "Transgaz" şirkətinin baş direktoru İon Sterianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
XalqTV.com "Report"a istinadən bildirir ki, Rumıniya nümayəndə heyəti SOCAR-ın dəstəyilə bu gün Bakıda işə başlayacaq "Argus Media" beynəlxalq neft sammitində iştirak edəcək.
"Transgaz" şirkətinin Direktorlar Şurasının sədri İon Sterian Azərbaycana səfəri çərçivəsində hökumət və SOCAR rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, 2016-cı ilin iyulunda Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı SOCAR və "Transgaz" arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR