idman

"Bu avtoqol mənə həyatım boyu əzab verəcək" - VİDEO

  • 12 Oct 2017
  • 242 baxış

ABŞ millisinin üzvü  Omar Qonsales DÇ-2018-in seçmə mərhələsində Trinidad və Tobaqo ilə oyunda vurduğu avtoqol barədə danışıb.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, azarkeşlərdən üzr istəyən 29 yaşlı müdafiəçi bu avtoqolun ona bütün həyatı boyu əzab verəcəyini deyib:

"Nə hiss etdiyimi izah etmək üçün söz də tapa bilmirəm. Bayram olmalıydı, ancaq əvəzində...  Bütün azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizə inanırdılar. Biz isə onların ümidlərini doğrulda bilmədik".

Qeyd edək ki, ABŞ yığması bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, dünya çempionatına vəsiqə qazana bilməyib. Mundiala yollanmaq üçün  ABŞ-a bir xal da kifayət edirdi. Ancaq Omar Qonsalesin  öz qapısına vurduğu qol komandasını mundialdan kənarda qoyub.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" zab="" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR