Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - FOTO
20:53
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.
-------------
17:17
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.
-----------
15:37
Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.
Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başladı.
İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğuladı, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd etdi ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.
Prezident İlham Əliyev iclasda çıxış etdi.
------------
12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.
XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.
XalqTV.com