idman
"Qızıl Top"un namizədi haqqında QƏRİBƏ FAKT - 10 İL SONRA
Bundesliqa komandalarından olan "Bavariya"da forma geyinən 29 yaşlı Robert Levandovski təhsil aldığı universitetdən, nəhayət, bu il məzun olub.
XalqTV.com xəbər verir ki, Polşanın yığma komandasının hücumçusu Varşava Universitetinin bədən tərbiyəsi fakültəsini 10 ildən sonra bitirməyi bacarıb.
R.Levandovski mətbuata verdiyi açıqlamada sadəcə imatahanlarının yaxşı keçdiyini bildirib.
Onun hazırladığı diplom işi isə öz kariyerası ilə bağlı olub və " RL 9. Şöhrətə gedən yol" başlığını daşıyıb.
Qeyd edək ki, futbolçunun bu qədər gec məzun olmasına səbəb "Borussiya Dortmund" və "Bavariya"da çıxış etməsindən dolayı dəfələrlə təhsilini dondurması olub. (publika.az)
XalqTV.com
RƏYLƏR