Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb
Futbol üzrə Argentina yığması Rusiyada keçirilən 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb.
XalqTV.com report.az-a istinadən bildirir ki, Cənubi Amerika üzrə təsnifat mərhələsinin 18-ci turu çərçivəsində keçirilən həlledici oyunda argentinalılar səfərdə Ekvador üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar.
Argentinan heyətində Lionel Messi het-triklə yadda qalıb, Ekvadorun yeganə qolunu Romario İbarra vurub.
Argentinalılar 28 xal toplayıblar və seçmə mərhələdə üçüncü yeri tutublar ki, bu da onları DÇ-2018-ə birbaşa çıxarıb. Birinci yeri həlledici matçda Çili üzərində 3:0 hesabı ilə qalib gələn braziliyalılar qərarlaşıb. Sambaçılar bununla həm də Xuan Antonio Pitssinin komandasını mündialdan kərada qoymuş olublar. İkinci yeri 18-ci turda Boliviyanı 4:2 hesabı ilə məğlub edən Uruqvay tutub. Dördüncü isə Peru ilə 1:1 oynayan Kolumbiya olub. Perulular 5-ci pilləni tutmaqla "play-off"da Yeni Zelandiya ilə DÇ-ya çıxmaq uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.
Yekun turnir cədvəli:
1. Braziliya - 41 xal;
2. Uruqvay - 31;
3. Argentina - 28;
4. Kolumbiya - 27;
5. Peru - 26;
6. Çili - 26;
7. Paraqvay - 24;
8. Ekvador - 20;
9. Boliviya - 14;
10. Venesuela - 12.
DÇ-2018 - Cənubi Amerika. 18-ci tur
Ekvador - Argentina - 1:3
1:0 - İbarra - 1, 1:1 - Messi - 12, 1:2 - Messi - 20, 1:3 - Messi - 62
Braziliya - Çili - 3:0
1:0 - Paulinyo - 55, 2:0 - Jezus - 57, 3:0 - Jezus - 90+3
Uruqvay - Boliviya - 4:2
0:1 - Silva - 24 (avtoqol), 1:1 - Kaseres - 39, 2:1 - Kavani - 42, 3:1 - Suares - 60, 4:1 - Suares - 76, 4:2 - Qodin - 79 (avtoqol)
Peru - Kolumbiya - 1:1
0:1 - Rodriqes - 56, 1:1 - Qerrero - 76
Paraqvay - Venesuela - 0:1
0:1 - Errera - 84
Qırmızı vərəqə: Qomes, 89 - Anhel, 89
XalqTV.com