İqtisadiyyat

Qaz birjasının yaradılması planlaşdırılır

  • 10 Oct 2017
  • 295 baxış

Hindistan qazın istehlakının daha da artırılması və yaxın gələcəkdə istehsalçılardan istehlakçılara birbaşa satışın təşkil olunması üçün qaz birjasının yaradılmasını planlaşdırır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft və təbii qaz naziri Dharmendra Pradhan deyib.

Nazir qeyd edib ki, hazırda Hindistanın enerji istehlakında qazın payı 6-7 faiz təşkil edir və ölkə gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük versə də, qaz enerji səbətinin tərkib hissəsi qalmaqda davam edəcək.

Onun sözlərinə görə, Hindistan hökuməti bu mövzunu mütəxəssislərlə müzakirə edib. O əlavə edib: "Bu, qaz sektorunda növbəti böyük islahat olacaq".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR