idman
Torres: ""Qarabağ"la oyunda qələbələr hər şeyi xeyrimizə dəyişəcək"
Qarabağ"ın çempionlar liqasının qrupunda rəqiblərindən olan "Atletiko"nun müdafiəçisi Xuanfran Torres açıqlama verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi son dövrun uğursuzluğundan danışarkən Ağdam təmsilçisi ilə qarşıdakı oyunlarda qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:
"Komandamızın pis vəziyyətdə olmasını düşünmürəm. Sadəcə, ilk 2 oyunda qələbə qazanmamışıq. Hələ heç nə itirilməyib. 1/8 finala çıxmaq imkanını saxlayırıq. "Qarabağ"la oyunda qələbələr hər şeyi xeyrimizə dəyişəcək".
"Hindular" qrupda növbəti 2 oyununu məhz "köhlən atlar"a qarşı keçirəcək. İlk görüş oktyabrın 18-də Bakı olimpiya stadionunda olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR