idman

Şevçenko: "İcazə vermərəm, onları kimsə mühakimə etsin"

  • 10 Oct 2017
  • 238 baxış

Ukrayna 2018-ci il dünya çempionatında olmayacaq. Andrey Şevçenkonun yetirmələri seçmə mərhələnin son oyununda Xorvatiya millisinə uduzub. Kiyevin "Olimpiya" stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Şevçenko bunları deyib:

"Nəticəyə baxmayaraq komanda irəli addım atdı. Xorvatlar səviyyəli futbolçular olduqlarını göstərdilər. İkinci hissədə onlar tempi artırıb bizə problemlər yaratdılar. Rəqibə hesabı açmaq üçün 1 imkan kifayət etdi. Bizim komandada mövqe tutmaqda, hücumda çatışmazlıqlar var. Fasilədən sonra tez-tez səhv etməyə başladıq. Xorvatiya futbolçuları bizdən daha güclüdür. Biz ilk hissədə yaradıcı oynamağa çalışdıq. Komanda yeni qurulur, keyfiyyətli futbolçulara malikik. İcazə vermərəm, onları kimsə mühakimə etsin. Qrupda İslandiya və Türkiyə ilə oyunlarda vacib xallar itirdik. Məhz bu xal itkiləri bizi qrupda saxladı. Postumda qalsam, fəlsəfəmi dəyişməyəcəm. Milli səviyyəsində oyun göstərənlərə dəvət göndəriləcək.İnkişafa meyilli olan gənc və perspektivli futbolçulara şans veriləcək".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR