idman

"Nur" Azərbaycan klubudur, yoxsa Rusiya?

  • 09 Oct 2017
  • 251 baxış

Qadın həndbolçular arasında Azərbaycan çempionu "Nur" heyətinə daha bir rusiyalı qatıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, heyətində şimal qonşularımızın 16 oyunçusu yer alan Mingəçevir təmsilçisi bu dəfə Darya Çapligina ilə müqavilə imzalayıb. 

23 yaşlı həndbolçu "Astarxanoçka"dan transfer edilib. Bununla da "Nur" 17-ci rusiyalısını da EHF kubokunun II təsnifat mərhələsində Danimarka "Viborq"u ilə oyun üçün sifariş edib. O, komandada 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Komanda rəhbərliyi onadək 16 həndbolçu ilə müqavilə bağlamışdı. Onlardan cəmi biri milliləşdirilmiş "azərbaycanlı"dır. Bu, 35 yaşlı Yekaterina Peçedir.

Maraqlıdır ki, o da Rusiya əsillidir. Digər həndbolçular isə Yekaterina Artamonova, Alla Çernişkova, Polina Deryavko, Alla Durinina, Viktoriya Didar, Liza Fedorova, Darya Qavriş, Yuliya Xomenko, İrina Klimenko, Liliya Kutsevalova, Tatyana Potapenko, Ulyana Rassanova, Valeriya Sayenko, Yuliya Taran və Svetlana Vasilevadır.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR