idman
Moura: "Məqsədim PSJ-nin əsas heyətində yerimi geri qaytarmaqdır"
PSJ-nin yarımmüdafiəçisi Lukas Moura yeni komandanın əsas heyətinə qayıtmaq əzmində olduğunu qeyd edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı havbek 2018-ci il dünya çempionatına yollanmaq üçün bunu əsas hədəf kimi göstərib.
"Artıq qaydasında qidalanıram. Pizza, barbekyu yemirəm. Düzdür, bu yeməklər üçün darıxmışam. Amma fiziki durumu və meydanda işgüzarlığı yaxşılaşdırmağa diqqət yetirirəm. Millidə qərarları Tite verir. PSJ-nin oyunlarına köklənib vəziyyəti düzəltməliyəm. Mövsüm ağır başladı. Mənim məqsədim əsas heyətdə yerimi geri qaytarmaqdır".
Bu mövsüm Fransa Liqasında 2 oyuna çıxan Moura 1 qolun müəllifidir.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR