idman

56-cıdan 10-cu oyunda "siftə"

  • 09 Oct 2017
  • 254 baxış

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yığmada qol hesabını açıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilk qolunu DÇ-2018-in seçmə mərhələsinin son oyununda vurub.

O, Almaniya ilə səfər matçında hesabı bərabərləşdirib - 1:1. Əvvəlki 9 matçda qola həsrət qalan Şeydayev yubiley - 10-cu oyununda "siftə"yə sevinib.
 
Hazırda davam edən görüşə qədər millimizin 55 futbolçusu qol sevinci yaşamışdı. Şeydayev bu siyahıda 56-cı olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR