idman
Ramil Almaniyanın seriyasını qırdı
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşırdı. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində komandamızın bərabərlik qolunu vuran Ramil Şeydayev "bundestim"in uğurlu seriyasını qırıb.
Belə ki, hücumçumuzun fərqlənməsi ilə almanları 7 oyunluq evdə qol buraxmamaq seriyası başa çatıb.
Yoahim Lövün yetirmələri sonuncu dəfə evdə ötən ilin may ayının 29-da Slovakiya ilə matçda (3:1) qola üzülmüşdülər.
XalqTV.com
RƏYLƏR