idman

"Qarabağ"lı oynadı, komandası qalib gəldi

  • 08 Oct 2017
  • 229 baxış

DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında növbəti oyunlar keçirilib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun komandası Cənubi Afrika Respublikası Burkina Faso ilə qarşılaşıb.

D qrupunun 5-ci turu çərçivəsində oynanılan matç CAR millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Matça ehtiyat oyunçular skamyasında başlayan Dino 86-cı dəqiqədə hesab 3:1 olarkən meydana daxil olub.
 
Qeyd edək ki, bir oyun az keçirən CAR 4 matçda 4 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR