idman

Deşam rekorda imza atdı

  • 08 Oct 2017
  • 238 baxış

DÇ-2018-in seçmə mərəhələsində Bolqarıstanın qonağı olan Fransa millisi minimal hesabla qalib gəlib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Didye Deşamın yığmanın baş məşqçisi kimi qazandığı 42-ci qalibiyyətdir. 48 yaşlı mütəxəssis bu baxımdan rekorda imza atıb. O, aktivində 41 qələbə olan Mişel İdalqo və Raymond Domemeki geridə qoyub.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun komandası 2014-cü il mundialının 1/4 finalında Almaniya, AVRO-2016-nın finalında isə Portuqaliyaya uduzaraq mübarizəni dayandırmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR