idman

Ançelotti: "Hər gün məşqə çıxmaq və çalışmaq istəyirəm"

  • 08 Oct 2017
  • 247 baxış

"İstənilən halda bu mükafatı almaq üçün Turinə gələcəkdim. Amma buna tam əmin olmaq üçün "Bayern Munich" mənə erkən istirahət verdi".

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu sözləri Münhen klubunun sabiq baş məşqçisi Karlo Ançelotti deyib. O, müəllifi olduğu "Il Leader Calmo" kitabına görə mükafata layiq görülüb. Təcrübəli mütəxəsis mərasimdən öncə bunları qeyd edib.

"İşə yanaşma tərzimin düzgün olub-olmamasını bilmirəm. "Real"ı tərk edəndə oyunçularla yaxın, "Bavariya"dan gedəndə futbolçularla pis əlaqəm olduğunu dedilər. Hələ də hər gün məşqə çıxmaq və çalışmaq istəyirəm. Amma milli komandada işləmək barədə düşünməmişəm. Hər gün məşq etdirmək istəməyəndə İtaliya millisinin baş məşqçisi olardım. Əlbəttə, qarşı tərəfin də mənimlə maraqlanacağı təqdirdə".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR