Ulduz futbolçu dekabrda karyerasını başa vuracaq
İtaliya milliinin sabiq futbolçusu Andrea Pirlo ilin sonunda karyerasını başa vuracaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "New York City"nin şərəfini qoruyan 38 yaşlı futbolçu MLS-də mövsüm başa çatandan sonra, dekabrda buslarını mismardan asmağı düşünür.
"Vaxt yetişəndə bunu anlayırsan. Hər gün fiziki durumla bağlı problemlər meydana çıxır, istədiyin kimi məşq edə bilmirsən. Mənim yaşımda dayanmaq zamanıdır. 50 yaşa kimi futbol oynamaq olmur. Başqa bir işlə məşğul olacam" - təcrübəli havbek qeyd edib.
Pirlo karyerası ərzində "İnter", "Brescia", "Reggina", "Milan" və "Juventus"un da şərəfini qoruyub. O, klub səviyyəsində bütün mümkün titulları qazanıb. 2006-cı ildə "Scuadra Azzurra" ilə dünya çempionunun qalibi, 2012-ci il Avropa çempionatının isə gümüş mükafatçısı olub.
XalqTV.com