Prosineçki: "Almanlar bizim nəyə qadir olduğumuzu bilirlər"
Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununu səfərdə Almaniyaya qarşı keçirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin görüş gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vura bildik. Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər".
- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
- Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.
- Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.
- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.
XalqTV.com