İtaliya yığması DÇ-2018-in "play-off"una çıxdı
İtaliya yığması 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında oynamaq hüququ uğrunda Avropa komandalarının "play-off" matçlarında səkkiz yerdən birini özünə təmin edib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">"Report"a istinadən bildirir ki, bu, Bosniya və Herseqovina komandasının Belçikaya məğlubiyyətindən (3:4) sonra mümkün olub.
"Play-off" matçlarında Avropa üzrə təsnifat mərhələsinin 9 qrupunda ikinci yeri tutmuş ən yaxşı səkkiz komanda iştirak edir. "G" qrupunda ikinci yeri özünə təmin etmiş İtaliya yığmasının aktivində 20 xal var. "H" qrupunda ikinci yeri tutmuş Bosniya və Herseqovina (14 xal) ondan sonrakı mövqedə qərarlaşmış Yunanıstan millisi kimi (13) artıq italiyalılar qədər xal toplaya və ya öz qruplarında birinci pilləyə yüksələ bilməyəcək. Bu qrupda DÇ-2018-ə vəsiqəni birinci yeri tutan Belçika (25 xal) qazanıb.
DÇ-2018-in Avropa üzrə "play-off" oyunları 9-11 və 12-14 noyabr tarixlərində keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində