Siyasət
AŞPA-nın yeni rəhbəri 2 gün sonra seçiləcək
Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək.
XalqTV.com "Report"a istinadən bildirir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.
"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR