Bakıdakı ticarət festivalı çərçivəsində alıcılara nə qədər ƏDV geri qaytarılıb? - <span class=&qu
Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə alıcılara 1,53 milyon manat ƏDV geri qaytarılıb.
XalqTV.com xəbər verir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 aprel-10 may tarixləri arasında keçirilən şopinq festivalda dövriyyənin ümumi məbləği 15 milyon 471 min 805 manat olub.
Təsdiqlənmiş hesab-fakturaların 19.119-u Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.
Mal alarkən ticarət festivalını deyil, "tax free" sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub. Beləliklə, ümulikdə əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə məbləği 4 milyon 127 min 50,8 manat olan 3059 elektron vergi hesab-fakturası verilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində