idman

Yığmamız liderə qarşı

  • 07 Oct 2017
  • 252 baxış

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda II turun oyunları keçiriləcək.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, İrlandiyada mübarizə aparan qrupda çıxış edən Azərbaycan yığması növbəti sınağına çıxacaq.

İlk turda meydan sahibləri ilə qolsuz heç-heçə edən Təbriz Həsənovun yetirmələri bu dəfə Serbiya ilə görüşəcək. Kipri məğlub edən balkanlılar qrupun lideri olduğundan millimiz rəqibini taxtdan salmağa çalışacaq. Komandamız qalib gəlsə, top fərqindən asılı olaraq liderliyi də ələ keçirə bilər.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun Ueksforddəki "Ferrikarriq Park" stadionunda baş tutacaq.

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VII qrup

II tur, 7 oktyabr

18:00. Serbiya - Azərbaycan

Hakim: Ferens Karako (Macarıstan)

Ueksford. "Ferrikarriq Park" stadionu

22:00. İrlandiya - Kipr

Hakim: Alen Duro (Lüksemburq)

Uoterford. Regional İdman Mərkəzi

1

Serbiya

1

1

0

0

1-0

3

2

Azərbaycan

1

0

1

0

0-0

1

3

İrlandiya

1

0

1

0

0-0

1

4

Kipr

1

0

0

1

0-1

0

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsind

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR