"Bu qədər pulla ən yaxşı futbolçuları ala bilmirdilər?"
"Milan"ın sabiq prezidenti Silvio Berluskoni klubun transfer siyasətinin hədəfini anlamır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, keçmiş nazir və futbol funksioneri baş məşqçi postunda da fərqli simanı görmək istədiyini gizlətməyib.
"Onların transfer kampaniyasını başa düşə bilmirəm. Heç vaxt görməmişəm ki, komanda 11 futbolçusunu dəyişə. Bu qədər pulla ən yaxşı futbolçuları ala bilmirdilər? Başa salın, nəyə görə daha texnikalı və istedadlı olduğu halda suso və Bonaventura ehtiyatda qalır? Kapitanlıq sarğısını uzun illər "Yuventus"un simvolu hesab olunan Bonuççiyə verdilər. Halbuki komandanın kapitanı Montolivo olmalı idi. Məşqçi postunda Kristian Brokkini görmək istəyirdim. Amma mən xəstəxanada olanda Montellanın bu vəzifəyə seçildiyini dedilər".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində