idman

Portuqaliya millisinin futbolçusuna 7 aylıq həbs cəzası

  • 06 Oct 2017
  • 263 baxış

"Şanxay SIPG"in şərəfini qoruyan Rikardo Karvalyodan xəbər var.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi 7 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2011-13-cü illərdə "Real"da çıxış etdiyi zaman vergidən yayınmaqda ittiham olunur. İspaniya qanunlarına görə 2 ilədək həbs cəzası şərti xarakter daşıyır və cərimə ilə əvəzlənə bilər.

Karvalyo "Porto", "Çelsi" və "Monako"nun da formasını geyinib. O, Portuqaliya millisində 89 oyuna çıxıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR