Almaniya - Azərbaycan: İki-iki, üç-üç...
21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində 3-cü oyununu bu gün keçirəcək Azərbaycan yığması Almaniya ilə görüşəcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, millimiz seçmə mərhələlərdə 5-ci dəfə Bundestimlə qarşılaşacaq.
Bu iki yığma indiyədək 2 dəfə üz-üzə gəlib. İlk dəfə AVRO-2006-nın seçmə mərhələsində görüşən yığmaların yolları AVRO-2017-də kəsişib.
Bütün qarşılaşmalarda qalib gələn Almaniya millisi 10, xala həsrət yığmamız 1 qola sevinib. Amma bu qarşılaşmalarda maraqlı tendensiya yaşanır.
Bundestim rəqib olduğumuz ilk tsiklin hər iki duelində 2 dəfə fərqlənibsə, növbəti qarşıdurmalarda 3-lərı sıralayıb. Bir sözlə, almanlar hər iki görüşdə eyni sayda qol vurur. Bu gün və gələn ay Bakıda baş tutacaq matçlarda da ənənənin davamı mümkündü.
İlk üç oyunda qola həsrət qalan yığmamız isə yalnız son matçda rəqib qapısına yol tapıb.
Almaniya - Azərbaycan: U-21-lərin duelləri
AVRO-2006-nın seçmə mərhələsi
08.10.2004. Azərbaycan - Almaniya - 0:2
02.09.2005. Almaniya - Azərbaycan - 2:0
AVRO-2017-nin seçmə mərhələsi
08.09.2015. Azərbaycan - Almaniya - 0:3
13.11.2015. Almaniya - Azərbaycan - 3:1
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində