Siyasət
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn taekvandoçulara medalları təqdim
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR