Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb
Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib.
Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb.
Həmçinin örtülü torpaqlarda faraş tərəvəz istehsalının artırılması hesabına cari ilin yanvar-iyun ayları ərzində tərəvəz ixracının həcmi natural ifadədə 73,1 faiz, dəyər ifadəsində isə 62,7 faiz artıb.
XalqTV.com