Siyasət

Azərbaycanla Türkiyə arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məl

  • 05 Oct 2017
  • 261 baxış

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair iyulun 19-da Bakıda imzalanmış saziş təsdiq edilsin.

Fərmanda göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR