idman

"Özil fikrən artıq "Arsenal"ı tərk edib"

  • 05 Oct 2017
  • 263 baxış

"Arsenal"ın sabiq müdafiəçisi Martin Kioun komandanın yarımmüdafiəçisi Mesut Özil haqqında danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Kioun onun London klubunda oynamaq istəmədiyini bildirib.

"Özil Venqeri yoxlayır. O, BATE ilə Çempionlar Liqasında keçiriləcək matçda iştirak etmək istəmirdi və birdən zədələnməsi açıqlandı. O, "West Bromwich"lə oynda cəmi 10 dəqiqə meydanda oldu. Nə vaxt zədələnməyə vaxt tapdı?

Özil fikrən artıq "Arsenal"ı tərk edib. Ola bilsin, Venqer ondan pul qazanmaq üçün mümkün hər şeyi edəcək. Venqer gənc futbolçuların ətrafında belə bir insanı görmək istəməzdi".

Almaniyalı futbolçunun "topçular"la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. 28 yaşlı havbekə "İnter" və "Manchester United"in maraq göstərdiyi deyilir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR