idman
Gökdeniz Karadenizdən xeyirxah addım
"Rubin"in yarımmüdafiəçisi Gökdeniz Karadeniz Kazanın Reablitasiya Cəmiyyətinin 70 nəfər yaşlı üzvünə və fiziki imkanları məhdud olan kəslərə nahar təşkil edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, mərasimə toplaşanlara tatar mətbəxinin nümunələri və müqəddəs Zəm-Zəm suyu təqdim olunub
Bu Gökdenizin ilk xeyirxah addıımı deyil. 2016-cı ilin dekabrında türk futbolçu 50 ehtiyaclını doydurmuşdu. Həmin ilin iyununda isə məscid tikintisini maliyyələşdirməyə başlamışdı.
"Məscid mənə məxsus deyil. O, bütün inanclılara aiddir. Hətta burdan gedəndən sonra da məscid bütün müsəlmanlara xidmət edəcək" - Gökdeniz demişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR