Siyasət

ATƏT regionundakı münaqişələr su mənbələrinə çıxışa ciddi problemlər yaradır

  • 05 Oct 2017
  • 260 baxış

ATƏT regionunda həll olunmamış münaqişələr su mənbələrinə sərbəst çıxışla bağlı ciddi problemlər yaradır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Nəbiyev Andorrada keçirilən ATƏT Parlament Assambleyasının (PA) 16-cı payız sessiyası çərçivəsində "Ekoloji təhlükəsizlik: iqlim dəyişikliyi problemi" adlı müzakirələrdə deyib.

Deputat ATƏT PA-nı transsərhəd sulara bütün sərhəd ölkələrin maneəsiz çıxışını təmin etmək istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

K.Nəbiyev Azərbaycanın əhalinin içməli və texniki su ilə təmin edilməsi məsələsinə xüsusi diqqət yetirdiyini bildirib.

Deputat həmçinin, müzakirə iştirakçılarına Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlar haqqında da məlumat verib. O qeyd edib ki, Azərbaycanda təbii sərvətlərin qorunması və səmərəli istifadəsi ilə bağlı qanunverici baza formalaşdırılıb.

K.Nəbiyev qeyd edib ki, Azərbaycanın dayanıqlı inkişafını təmin etmək məqsədilə 2030-cu ilə qədər ölkədə havaya buraxılan istixana qazlarının 1990-cı illə müqayisədə 35 faiz azaldılması qarşıya məqsəd qoyulub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR