"Qarabağ"ın rəqibində itki
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma"da itki baş verib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "canavarlar"ın yarımmüdafiəçisi Lorenzo Pelleqrini sıradan çıxıb.
Belə ki, DÇ-2018-in seçmə mərhələsində Makedoniya və Albaniya ilə oyunlar üçün İtaliya millisinə dəvət edilən 21 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində zədələnib. Əzələsində ağrı hiss edən gənc oyunçunun təxminən 10 gün futbol oynaya bilməyəcəyi açıqlanıb. Pelleqrininin A seriyasının növbəti turunda oktyabrın 14-də "Napoli"yə qarşı keçiriləcək matça yetişməsi gözlənilir.
Qeyd edək ki, "Roma"nın "Qarabağ" üzərində Bakıda 2:1 hesabı ilə qələbə qazandığı görüşdə Lorenzo Pelleqrini 82 dəqiqə meydanda olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində