"Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir"
MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasən MDB ölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlb etmə" texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində